Qarabağ İmam Hüseyn (ə) məktəbinin şücaəti nəticəsində alınacaq

  • By admin
  • 04 Oktyabr 2020 12:23

Hal-hazırda işğal olunmuş torpaqlar uğrunda qızğın müharibə gedir. 30 ildir ürəyi Dağlıq Qarabağla döyünən xalqımız birlik göstərir. Mən fəxr edirəm ki, mənim əmim kapitan Elnur Mirzəbaba oğlu Hüseynov bu şanlı orduya və şanlı qələbəyə öz qatqısını qatır.

Şəhidlərmiz var. Şəhid verə bilməyən toplum, heç toplum deyil. Bu yaxınlarda bir video yayılmışdı. Oğlunun cənazəsi üstündə bir şəhid anası belə deyirdi: “Mən çoxlu şəhidlərə ağlamışam. İndi isə oğluma deyil, İmam Hüseynə (ə) ağlayacağam, bəlkə yoldaşım və mən bağışlandıq…”.

Bu sözlə, o xanım bunu nəzərdə tutmuşdu ki, biz – İmam Hüseyn (ə) məktəbindənik. İmam Hüseyn (ə) – Şəhidlər Sərvəridir. Peyğəmbəri-Əkrəm (s) Xanım Fatimeyi-Zəhraya (s.ə) buyurub: “Qiyamət günü Hüseynin müsibətinə ağlayan gözdən başqa, bütün gözlər ağlayacaq. Ona ağlayan göz (Qiyamətdə) cənnət nemətləri ilə şad və xürrəm olacaqdır”.

Peyğəmbəri-Əkrəm (s) buyurub: “…O, (Hüseyn) behişt gənclərinin sərvəri, ümətin nicat qapısıdır. Onun əmri – mənim əmrim, ona itaət – mənə itadətdir.

Onun yolu ilə gedən – məndəndir, ona qarşı çıxan isə məndən ayrıdır”.

Ləbbeykə, ya Hüseyn!

Ermənilər müharibəni başladılar. Biz azərbaycanlılar bu müharibəsi bitirəcəyik, inşəallah, qələbə qazanmaqla.

Yaşasın Azərbaycan ordusu və yaşasın Qarabağ!

Qarabağ Azərbaycandır!

Böyük İslam alimi Ayətullah Seyid Əli Xamenei cənabları demişdir: “Qarabağ İslam torpağıdır, Azərbaycanın ərazisidir. Bu torpaqlar uğrunda müharibədə ölən hər kəs şəhiddir!”

Gununsesi.info