“Təzyiqin azalmasına səbəb havalar soyuduqca mavi qaza olan tələbatın artması ilə bağlıdır. Problem müvəqqətidir”.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
“Qış rejiminin qazı noyabrın 15-də verildiyi üçün bu müddət ərzində müəyyən problemlər yaşana bilər. Əməkdaşlarımız qazın təzyiqi ilə bağlı hər hansı məlumat alarkən dərhal həmin ərazidə təzyiqin normal vəziyyətə gətirilməsi istiqamətində müəyyən addımlar atırlar”, – deyə qeyd edilib.













