Qırğızıstanda iqtisadi amnistiya elan edildi

  • By admin
  • 21 Oktyabr 2020 14:36

Qırğızıstanda prezident səlahiyyətlərini müvəqqəti icra edən Sadır Japarov iqtisadi amnistiya elan edib.

Gununsesi.info bu barədə Nazirlər Kabinetinin saytına istinadən məlumat yayıb.

Bundan əlavə, hökumət başçısı qanunsuz yolla əldə edilmiş əmlakı büdcəyə qaytarmaq üçün korrupsioner məmurlara 30 gün möhlət verdiyini açıqlayıb.

 

 

Gununsesi.info