Quterreşdən SƏRT TƏLƏB: Alfa Kondeni dərhal sərbəst buraxın

  • By admin
  • 05 Sentyabr 2021 22:16

BMT-nin baş katibi Antonio Quterreş Qvineyada hakimiyyətin ələ keçirilməsini pisləyib və ölkə prezidenti Alfa Kondenin dərhal azad edilməsini tələb edib.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə təşkilat rəhbəri “Twitter”də paylaşım edib.

Mətndə deyilir: “Qvineyadakı vəziyyəti yaxından izləyirəm. Silahla nəzarətin ələ keçirilməsini şiddətlə qınayıram və Prezident Alpha Condenin dərhal azad edilməsini tələb edirəm”.

Qeyd edək ki, Qvineyanın üsyançı lideri, xüsusi təyinatlı polkovnik Mamadi Dumbuya dövlət televiziyasında çıxış edərək, prezident Alfa Kondenin həbsini, hökumətin buraxılmasını və konstitusiyanın dayandırılmasını elan edib.

Daha əvvəl, Dumbuya sosial şəbəkələrdə yaydığı bir videoda, Milli Birlik və İnkişaf Komitəsinin lideri vəzifəsini tutduğunu açıqlayıb. Onun sözlərinə görə, komitənin məqsədi dövlətin qarşısında duran problemləri həll etmək üçün bütün ölkə vətəndaşlarını birləşdirməkdir.

Gununsesi.info