Rus hərbçilərinin seksual cinayətlərinə dair sübutlar toplanır - BEYNƏLXALQ MİSSİYA XERSONDA

  • By admin
  • 12 Dekabr 2022 10:52

Beynəlxalq hüquqşünaslar qrupu rus qoşunları tərəfindən iddia edilən seks cinayətləri ilə bağlı genişmiqyaslı istintaqın bir hissəsi olaraq azad edilmiş Xersonda Ukrayna prokurorları ilə işləyir.

Gununsesi.info bildirir ki, bu barədə  baş ofisi Haaqada yerləşən beynəlxalq hüquq firması Global Rights Compliance (Qlobal Hüquqlara Uyğunluq) qrupu açıqlama yayıb.

Bu, Rusiyanı Ukraynadakı qüvvələri tərəfindən törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etməyə çalışan Ukrayna hakimiyyətini dəstəkləmək üçün daha geniş beynəlxalq səylərin bir hissəsidir” deyə açıqlamada bildirilir.

Fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən qısa müddət sonra bütün Ukrayna ərazisində zorlama və digər cinayətlərlə bağlı iddialar irəli sürülüb.

Onlar haqqında məlumatı Reuters və BMT agentlikləri toplayıb.

Ukrayna prokurorlarının hesablamalarına görə, iddia edilən cinayətlərin sayı on minlərlədir və ölkənin şərqində və cənubunda gedən müharibə onların araşdırılması kimi çətin işi daha da çətin və təhlükəli edir.

Xerson bir neçə ay rus qoşunları tərəfindən işğal olunub. Noyabrın əvvəlində Ukrayna qüvvələri onu azad edib və bu, Moskvanın müharibədəki ən böyük məğlubiyyətlərindən biri idi.

Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynanın baş prokuroru beynəlxalq hüquq baxımından 50 000-dən çox iddia edilən cinayət hadisəsini qeydə alıb.

Bunlara bəziləri xarici tribunallara, xüsusən də Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) göndərilə bilən yüzlərlə potensial müharibə cinayətləri, soyqırım və cinayətlər daxildir.

 

Tərcümə:

Mais

Gununsesi.info