Rusiya hərbçiləri Ermənistanda təlim keçdi

  • Müəllif: admin
  • 09 İyun 2023 11:21

Rusiya hərbçiləri Ermənistanda təlim keçiblər.

Gununsesi.info xəbər verir ki, Rusiyanın Cənub Hərb Dairəsinin Ermənistandakı bazasının anti-terror bölmələri Gümrü qarnizonu ərazisində keçirilən təlimdə iştirak ediblər.

Təlim mümkün döyüş vəziyyətinə yaxın şəraitdə baş tutub.

Məlumata görə, döyüş vəziyyəti yaratmaq üçün müxtəlif imitasiya vasitələrindən, o cümlədən boş döyüş sursatı, partlayıcılar və səs qumbaralarından istifadə olunub.

Gununsesi.info