Gürcüstan ordusunun azərbaycanlı hərbçisi ölü tapıldı

Gürcüstan ordusunun 2005-ci il təvəllüdlü azərbaycanlı hərbçisi Yusif Nəsibov odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Gununsesi.info “Palitra News”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə iyunun 8-də baş verib.

İlkin məlumata görə, Y. Nəsibov çənə nahiyəsinə açılan atəş nəticəsində hadisə yerində ölüb.

Atəş səsi səbəbindən nəzarət-buraxılış məntəqəsinə baxış keçirilib və İ. Nəsibov ölü tapılıb.

İstintaq Müdafiə Nazirliyi Hərbi Polis İdarəsi tərəfindən davam etdirilir.

 

 

Gununsesi.info