Rusiya səmasında meteoroid göründü

  • By Günel
  • 24 Mart 2025 09:05

Rusiyanın Çelyabinsk vilayətində səmada meteoroid görünüb.

Gununsesi.info xəbər verir ki, martın 23-də yerli vaxtla saat 4:30 radələrində səmada parlaq cisim qeydə alınıb.

Meteorid yüksək hündürlükdə partlayıb, buna görə də səs dalğası sadəcə yerə çatmayıb.

İddia edilən meteoroidin düşdüyü yer məlum deyil.

Gununsesi.info