Rusiya üzərində qələbədən sonra fərqli dünya olacaq -ZELENİSKİ

  • By admin
  • 09 Fevral 2023 00:30

Ukrayna Prezidenti Volodimir Zelenski  Britaniyaya səfəri zamanı bu ölkənin parlamentində çıxış edib.

Gununsesi.info-nun Britaniya mediasına istinadən verdiyi xəbərə görə, Ukrayna lideri Londondan döyüş təyyarəsi istəyib.
O, həmçinin Britaniya dövlətinə təşəkkür etməyi də unutmayıb:

Mən cəsur insanlar adından sizin qarşınızdayam. Bütün dünya tərəddüd edəndə İngiltərə qətiyyətlə Ukraynanı müdafiə edib. Rusiya üzərində qələbədən sonra fərqli dünya olacaq”.

Zelenski parlamentdən hərbi təyyarələr istəyib və spikerə üzərində “Bizim azadlığımız var, onu qorumaq üçün qanadlar verin” sözləri yazılmış təyyarəçi şineli hədiyyə edib.

Zelenskini kral lll Carlz qəbul edib.

Tərcümə:

Elmar