Türkiyədə “Twitter”ə məhdudiyyət qoyuldu

  • By admin
  • 09 Fevral 2023 01:08

Müstəqil jurnalistlər və saytlar yazır ki, Türkiyədə Twitter-ə giriş məhdudlaşdırılıb. Vətəndaşlar Twitter-də yazırlar ki, zəlzələ bölgəsində vəziyyət TV kanalların göstərdiyindən qat-qat acınacaqlıdır və adiyyatı qurumlar vətəndaşlara yardım edə bilmirlər.

Kibertəhlükəsizlik məsələləri ilə məşğul olan “Netblocks” şirkəti də Türkiyədə “Twitter”ə məhdudiyyətlər tətbiq edildiyini təsdiq edib.

“Twitter” Türkiyədə ən çox istifadə olunan şəbəkələrdən biridir.

Son günlər əsasən bu şəbəkə vasitəsilə zəlzələ bölgələrindən məlumat verilir, yardım ehtiyacları haqda xəbərlər yayılırdı.

Müxalif partiyalar hakimiyyətin bu qərarını sərt tənqid edirlər.

 

Gununsesi.info