Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ senatoru Lindsi Qremi axtarışa verib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun məlumat bazasında qeyd olunur.
“Qrem Lindsi Olin, amerikalı, 9 iyul 1955-ci il təvəllüdlü Cinayət Məcəlləsinin maddəsinə əsasən axtarılır”, – məlumatda deyilir. Söhbətin hansı maddədən getdiyi açıqlanmır.
Xatırladaq ki, bu günlərdə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin rusofob ifadələr faktı ilə bağlı L. Qrem barəsində cinayət işinin açılmasını tapşırmışdı.
Gununsesi.info