Türkiyədə seçiciləri daşıyan avtobus yük maşınına çırpıldı: Onlarla yaralı var - FOTO

  • By admin
  • 29 May 2023 10:41

Türkiyədə seçiciləri İstanbuldan Orduya aparan avtobus geri dönərkən yük maşınına çırpılıb.

Avtobusda Ədalət və İnkişaf partiyasının 22 seçicisi yaralanıb.

Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə briqadaları göndəriliblər. Avtobusda sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Yaralılar Sakarya və Kocaeli xəstəxanalarına aparılıblar.