Rusiyada daha 1 221 nəfər koronavirusdan ölüb

  • By admin
  • 02 Dekabr 2021 12:41

Rusiyada son bir gündə daha 33 389 nəfərə COVID-19 diaqnozu qoyulub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 703 107 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 221 nəfər artaraq 277 640-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 400 117 nəfər sağalıb.

Gununsesi.info