Ufada güc strukturlarına hücuma hazırlaşan 4 rusiyalı ələ keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə FSB məlumat yayıb.
Bildirilib ki, onlar hüquq-mühafizə orqanlarına silahlı hücum etmək, eyni zamanda internetdə terror ideologiyasını yaymaqda günahkar bilinirlər.
Saxlanılarkən onlardan 2 RQD-5 qumbarası, “Molotov kokteyli”, ekstremist ədəbiyyat, kommunikasiya vasitələri, radiostansiya və s. müsadirə edilib.
Rusiya İstintaq Komitəsi isə saxlanılanların 36-62 yaş arasında 5 nəfər olduğunu bildirib.
Gununsesi.info