Rusiyada qırıcı təyyarə qəzaya uğradı - ÖLƏNLƏR VAR

  • By Ayshan
  • 13 Noyabr 2025 21:52

Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Petrozavodsk yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.

Gununsesi.info publika.az-a istinadla xəbər verir ki, bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.

Kanalın mənbəsinin verdiyi məlumata görə, qəzaya uğrayan qırıcı Su-27 modelidir. Hadisə şəhər aeroportunun yaxınlığında baş verib – təyyarə meşəlik əraziyə düşüb.

Lakin “112” “Telegram” kanalı bunun “Su-30” modeli olduğunu bildirib. Həmçinin kanalın mənbəsi ekipajın iki üzvünün öldüyünü qeyd edib.

Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.

Gununsesi.info