Rusiyanın Odessaya atdığı raket 3 aylıq körpə, ana və nənənin həyatına son qoyub - FOTOLAR

  • By admin
  • 24 Aprel 2022 14:11

Aprelin 23-də Rusiyanın Ukraynanın Odessa şəhərini raket atəşinə tutması nəticəsində insan təlafatı və dağıntılar olub. Raket zərbəsindən bir ailədə üç aylıq körpə, ana və nənə həlak olub. Ailə başçısı, Odessa sakini Yuri Qlodan məlumatı təsdiqləyib.

Valeriya Qlodan (Yavkina), qızı Kira və adı açıqlanmayan anası dünyasını dəyişib. Valeria Qlodanın İnstaqramdakı son yazılarından birinin – hamiləlik zamanı çəkdiyi fotoşəkilin altında artıq on minlərlə başsağlığı yazısı var. Onun Instagram-dakı son girişi müharibə haqqında hekayə və Vladimir Putini dayandırmağa çağırışdır.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Odessanın raket atəşinə tutlması nəticəsində 8 nəfər həlak olub.

“Qrata” nəşrinin qeyd etdiyinə görə, bunlar müharibənin 2 ayında cəbhə xəttindən uzaqda yerləşən Odessada həlak olan ilk mülki şəxslərdir.

“Üç aylıq uşaq öldürüldü. Müharibə bu uşaq bir aylıq olanda başladı. Təsəvvür edirsiniz? Bütün bunlar nə ilə bağlıdır? İylənmiş alçaqlar. Onları başqa necə adlandırmaq olar? Başqa söz yoxdur”, – Zelenski bu sözləri aprelin 23-ü axşam saatlarında Kiyev metrosunda keçirdiyi mətbuat konfransında deyib.

Odessaya atılan raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb və bir neçə mənzili dağıdıb. Dağıntıların təmizlənməsi davam edir. Rusiyanın Teleqram kanallarında bunun Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketin fraqmentləri ola biləcəyi ilə bağlı iddialar yer alıb.

Yayımlanan video isə birbaşa raket zərbəsi versiyasını təsdiq edir.

Ukrayna Hava Hücumundan Müdafiə Komandanlığının məlumatına görə, şəhər Xəzər dənizi üzərindən, yəni Odessadan yüzlərlə kilometr uzaqlıqda uçan təyyarələrdən bir neçə qanadlı raketlə vurulub.

İki raket hərbi obyektə və yaşayış binalarına düşüb. Rusiya Müdafiə Nazirliyi Odessa yaxınlığındakı hərbi aerodromun “dəqiq silah”la vurulduğunu bildirib. Mesajda raketin yaşayış binasına düşməsi və dinc sakinlərin ölümü ilə bağlı heç nə deyilmir.

Bu gün Rusiyanın Ukraynaya təcavüzünün başlamasından düz iki ay keçir. Rusiyanın Ukraynaya hərbi təcavüzü aprelin 24-də başlayıb.

Gununsesi.info