Rusiyaya casusluq edən ukraynalı deputat həbs olundu

  • By admin
  • 31 Yanvar 2023 12:25

Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Rusiyanın nəfinə casusluq edən şəxs tutulub.

Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, casus Seversk şəhər sovetinin deputatı olub.

Məlumata görə, deputatın Baxmut şəhərində ötən ilin oktyabrından bəri kəşfiyyat məlumatları topladığı, Ukrayna Silahlı Qüvvələrinin dislokasiya yerləri barədə informasiya yığdığı barədə faktlar aşkarlanıb.

Həmçinin casus kritik infrastruktura daxil olan yerli obyektlərin, o cümlədən enerji nöqtələrinin koordinatlarını Rusiya qüvvələrinə “Telegram” vasitəsilə ötürüb. Bildirilib ki, Ukrayna ərazilərinə raket zərbələri endirilməsi üçün Moskva bu informasiyalardan istifadə edib.

Hazırda faktla bağlı hüquqi prosedurlar və araşdırmalar davam etdirilir.

Gununsesi.info