Rusiyaya deyil, bu ölkəyə sanksiya tətbiq edin -VUÇİÇDƏN ŞOK TƏKLİF

  • By admin
  • 04 Sentyabr 2022 11:11

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmadığını, çünki Rusiyanın Serbiyanın ərazi bütövlüyünü pozmadığını bildirib.

Gununsesi.info xəbər verir ki, sloveniyalı jurnalistin sanksiyalarla bağlı sualını cavablandıran Vuçiç Kosovonu xatırladıb və Rusiyanın Serbiyanın ərazi bütövlüyünü və suverenliyini təhdid etmədiyini bildirib.

Qeyd olunur ki, bunun əvəzində Serbiya Prezidenti Sloveniyaya qarşı sanksiyaların tətbiqini təklif edib: “Çünki Sloveniya Kosovonu tanımaqla Serbiyanın suverenliyini pozub”.

Vuçiç daha sonra Rusiyaya qarşı sanksiyaların tətbiqini Serbiya xalqına necə izah edəcəyini bilmədiyini də bildirib.

“Mən insanlara necə başa salım ki, biz Sloveniyaya deyil, Rusiyaya qarşı sanksiyalar tətbiq edirik? Rusiya Serbiyanın ərazi bütövlüyünü pozmayıb, Sloveniya pozub”, – deyə o bildirib.

Gununsesi.info