Rüstəm Muradov İrəvanda: Erməni hərbçisinin meyiti təhvil verildi

  • By admin
  • 17 Noyabr 2021 21:24

Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana yola düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, R.Muradov tərəflər arasında silahlı insidentlərin qarşısının alınması mexanizmini hazırlamaq üçün danışıqlar aparmalıdır.

“Caliber”in yaydığı məlumatda isə bildirilib ki, təyyarədə toqquşmalar nəticəsində öldürülən erməni əsgərlərin meyitləri olsa da, hazırda heç bir əsir geri qaytarılmır.

Gununsesi.info