Rüstəm Muradov yeni vəzifəyə təyin olundu

  • By admin
  • 07 Oktyabr 2022 14:35

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov yeni vəzifəyə təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov məlumat verib.

O qeyd edib ki, Rusiya Qəhrəmanı Rüstəm Muradov Silahlı Qüvvələrin Şərq Hərbi Dairəsinin komandanı təyin edilib.

Gununsesi.info