Şəkidə məktəb binası yandı

Şəkidə məktəb binasında yanğın olub.

Gununsesi.info-nun məlumatına görə, yanğın bu gün günorta saatlarında Şəki rayonu Köndələn kəndində 1 mərtəbəli məktəb binasının zirzəmisində qeydə alınıb. Yanğının qarşısı dərhal alınıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info