
Ötən gün Şəkinin Baş Şabalıd kəndi ərazisində baş verən yanğın söndürülüb.
Gununsesi.inf0 xəbər verir ki, bu məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
“Şəki rayonunun Baş Şabalıd kənd inzibati ərazisinə daxil olan çətin relyefli yüksək dağlıq ərazidə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən, daha geniş sahəyə yayılmasına imkan verilmədən, söndürülüb”, – deyə məlumatda bildirilir.
***
Şəkinin Baş Şabalıd kənd inzibati ərazisinə daxil olan çətin relyefli yüksək dağlıq ərazidə yanğın başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Şəki rayonu, Baş Şabalıd kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davan etdirilir.