Şəhid atası icra hakimiyyətinin binasında canına qəsd edib

  • Müəllif: Orxan
  • 22 Fevral 2025 14:31

Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin binasında canına qəsd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə şəhidin əmisi oğlu jurnalist Razi Abasbəyli bildirib:

“Əmim Fuad Abbasov bu gün Rayon İcra Hakimiyyətinin binasında canına qəsd edib. Hazırda xəstəxanadadır. İnsident qəbul məsələsi ilə bağlı yaranan gərginlik səbəbindən baş verib”.

Gununsesi.info