Səlahəddin Dəmirtaşdan zəlzələ açıqlaması: Tək adam rəzaləti…

  • By admin
  • 07 Fevral 2023 14:01

“Xalqların Demokratik Partiyası”nın həbsdə olan sədri Səlahəddin Dəmirtaş Türkiyədə olan zəlzələ haqqında açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  böyük dağıntılara səbəb olan zəlzələylə bağlı sosial media hesabından

“85 milyon tək ürək olub tək adam sisteminin bacarıqsızlığını aşaraq qardaşlarını xilas etməyə çalışır”, – deyə paylaşıb.

Siyasətçi “Twitter” hesabı üzərindən etdiyi paylaşımında bunları vurğulayıb:

“Fəlakətin ilk anından bəri səfərbər olub xilasetmə, yardım və həmrəylik çalışmalarına qatılan hər kəsi təbrik edirəm. Çox çətin bir gün idi. Əməkləriniz çox dəyərlidir. Sağ olun, var olun. Nə var ki, daha artığı lazımdır. Çünki on minlərlə insan hələ dağıntılar altındadır”.

Partiya başçısı “Türk Silahlı Qüvvələrinə aid bütün səhra xəstəxanaları, iş makinaları, daşınan mətbəx və bənzər vasitələr, əşyalar yetərli olar. Niyə bütün bunların hamısını bir gecədə işə salmırsınız?”, – deyə etirazını bildirib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info