Sahibkarlığın İnkişafı Fondu 30 ildə 3 milyard manata yaxın KREDİT VERİB

  • By admin
  • 12 Oktyabr 2022 14:44

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) fəaliyyət göstərdiyi 30 ildə təxminən 42 min sahibkara 2,8 milyard manat güzəştli kredit verib.

Gununsesi.info bu barədə Fonda istinadən xəbər verir.

“Həmin kreditlər sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxışını təmin etməklə ölkədə qeyri-neft sektorunun inkişafına, innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü investisiya layihələrinin maliyyələşdirilməsinə və yeni iş yerlərinin açılmasına töhfə verib. Fondun ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında və işgüzarlığın artırılmasında əhəmiyyətli rolu olub”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info