Sahil Babayev küçədə qalan alimlə maraqlanıbmı? - AÇIQLAMA

Tanınmış ilahiyyatçı-alim, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, “Quran”ın rusca və azərbaycanca tərcüməçisi  Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. 

Fəlsəfə doktorunun küçədə yaşamasını əks etdirən görüntülər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Gununsesi.info bildirir ki, sosial şəbəkə istifadəçiləri yaranmış duruma görə hökuməti tənqid edib.

Bəs görəsən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi küçədə qalan alimin taleyi ilə maraqlanıbmı?

 

Nazirlikdən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, hadisədən xəbərdardırlar:

 

“Məsələdən xəbərimiz var. Hazırda nazirliyin aidiyyatı qurumlarının əməkdaşları həmin vətəndaşla görüşə gedib və nəticə haqqında məlumat verəcəyik”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info