Gununsesi.info bildirir ki, bu barədə Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli yazıb.
Tikintisi başa çatmaq üzrə olan binanın fotosunu paylaşan jurnalist bunları yazıb:
“Saleh Məmmədov Almaniyada şəriklik əsasında 47 mənzilli 2 yaşayış binası tikir. İnvestisiya dəyəri 13-15 milyon avro civarındadır. Tikinti layihəsinin rəsmi planına əsasən binaların 2027-ci ilin yayında və ya sonlarında tam təhvil verilməsi (tamamlanması) nəzərdə tutulub”.
Qeyd edək ki, Saleh Məmmədovun tutduğu vəzifədən azad olunmasından sonra onunla bağlı korrupsiya iddiaları ortaya çıxmışdı.
AAYDA-nin sabiq rəhbərinin hətta 1 milyardan çox yeyintiyə yol verdiyi bildirilirdi.
Məsələ ilə bağlı əməkdaşımız Saleh Məmmədovun telefonuna zəng etsə də, zəngləri cavabsız qalıb.

Afət Abbasova
Gununsesi.info












