Sara Maykl: “ASAN xidmət” mərkəzləri Azərbaycanda rəqəmsal keçidin yaxşı nümunəsidir”

  • By admin
  • 17 May 2023 14:08

“ASAN xidmət” mərkəzləri Azərbaycanın dəstəklədiyi rəqəmsal keçidin yaxşı nümunəsidir”.

Gununsesi.info xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Bakıda keçirilən “GSMA M360 EURASIA 2023” beynəlxalq konfransında panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu mərkəzlər sayəsində istənilən demoqrafik qrup maraqlandığı xidmətlərdən yararlana bilər:

“Bu, ölkədə rəqəmsal xidmətlərdən istifadəyə inamı artırmağa kömək edir”.

S.Maykl vurğulayıb ki, Dünya Bankı rəqəmsal layihələrə sərmayə yatırmaqla rəqəmsal xidmətlərə olan tələbi dəstəkləyir.

Gununsesi.info