Sığınacaqda qalan 3 qız peşə məktəbinə qəbul olundu

  • By admin
  • 08 Sentyabr 2021 12:55

Sığınacaqda qalan 3 qız peşə məktəbinə qəbul olunub.

Bu barədə Publika.az-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qızların ixtisas seçimindən bəhs edib:

“Peşə məktəbinə qəbul olan qızlar turizm, aşpazlıq, texniki sahələrə yönəliblər. Onlar ailələrindən şiddət gördükləri üçün bizə sığınıblar. Əslində, 9-cu sinfi bitirən 4 qız peşə məktəbinə daxil olmalı idi, ancaq onlardan birinin valideyni həmin xanımın sənədlərini verməyi rədd edib. Bəzi hallarda bizə sığınan uşaqların valideynləri bu cür hərəkətlər edirlər”.

Gununsesi.info