Şirkət əməkdaşı 19-cu mərtəbədən düşüb  ÖLDÜ

  • By admin
  • 16 Noyabr 2021 15:09

Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Gununsesi.info-ya verilən məlumata görə , aparılmış araşdırmalarla müəyyən yuxarıda adı çəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynlinin Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb. Səid Hüseynli yıxılaraq ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Gununsesi.info