Soçi hava limanı müvəqqəti fəaliyyətini dayandırıb

  • By Günel
  • 11 Dekabr 2024 23:39

Moskva vaxtı ilə saat 19:32-dən etibarən Soçi hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Gununsesi.info xəbər verir ki, bu haqda Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün dekabrın 11-i Moskva vaxtı ilə saat 19:32-dən etibarən Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir”, – deyə məlumatda bildirilir.

Agentlik qeyd edir ki, təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

Gununsesi.info