Şoyqu və Lavrov İrəvandadır  - YENİLƏNİB

  • By admin
  • 21 Noyabr 2020 11:35

Rusiyanın Xarici İşlər naziri Sergey Lavorov da Ermənistandadır.

Gununsesi.info bildirir ki, bu barədə TASS məlumat yayıb.

xxx

Ermənistana gələn Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistanın baş naziri Nikol Paşinyanla görüşür. Bu barədə baş nazirin mətbuat katibi Mane Gevorgyan RİA Novosti-yə bildirib.

O bildirib ki, Rusiyanın Müdafiə naziri Ermənistandadır və hazırda Nikol Paşinyanla görüşür. Mətbuat katibi görüşün təfərrüatı barədə məlumat verməyib.

xxx

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu İrəvana gedib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki,

Xarici İşlər naziri Sergey Lavrovun və baş nazirin müavinləri Aleksandr Novak, Aleksey Overçuk da bu gün İrəvana gedəcəyi gözlənilir.

Onların Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcəyi bildirilib.

Gununsesi.info