Koronavirus Milli Məclisi bürüyüb - YENİ ADLAR

  • By admin
  • 21 Noyabr 2020 12:20

Koronavirus pandemiyası Milli Məclis üzvləri arasında kütləvi yayılıb.

Bu barədə Gununsesi.info-ya parlamentdəki mənbələr bildirib.
Məlumata görə, deputatlardan Nizami Səfərov, Elnur Allahverdiyev də “covid-19” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, deputatlardan Tahir Kərimli, Azər Badamov, Vüqar Bayramov və Soltan Məmmədov da virusla mübarizə aparır.
Mənbəmiz pandemiyaya yoluxan deputatların sayının artacağını deyib.

Günay
Gununsesi.info