Şri-Lankada RƏZALƏT: prezidentin ailəsinin...

  • By admin
  • 09 İyul 2022 20:42

Şri-Lankada prezident Qotabaya Rajapaksanın iqamətgahını ələ keçirən etirazçılar onun hovuzunda çimir, mətbəxdə yeməklərin dadına baxır və ailəsinin otaqlarında qalırlar.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoda deyilir.

Belə ki, bir videoda tamaşaçıların alqışları altında hovuzda üzən bir qrup gənc əks olunub. Həmçinin kadrlarda etirazçıların mətbəxi yoxladığını, yeməkləri qızdırdığını və dadına baxdığını görmək olur.

Digər görüntülərdə etirazçıların iqamətgahda çarpayıda və divanda uzandıqları əks olunur.

Başqa bir videoda gənclərin Prezident Rajapaksanın iqamətgahının şəxsi otaqlarında çarpayı və divanlarda uzandıqları göstərilir.

Xatırladaq ki, iyulun 9-da minlərlə insan Şri-Lankanın paytaxtı Kolomboda prezident Qotabaya Rajapaksanın istefasını tələb edərək küçələrə çıxıb. Son məlumata görə, aksiyalar zamanı azı 40 nəfər xəsarət alıb. Etirazçılar kordonu yarıb onun iqamətgahının ərazisinə daxil olublar. Rajapaksa iqamətgahı tərk etməyə məcbur olub.

Mətbuatın yazdığına görə, o, Şri-Lankanı təyyarə ilə tərk edə bilər.

Rajapaksa ölkənin partiya liderlərinin iclasında qəbul edilən istənilən qərara tabe olmağa hazır olduğunu bəyan edib. Partiya liderlərinin təcili toplantısında onlar baş nazir və prezidenti istefaya çağırıblar .

Şri-Lanka hazırda 1948-ci ildə müstəqillik əldə etdikdən sonra ən pis iqtisadi böhranı yaşayır. Böhranla əlaqədar ölkədə ictimai-siyasi vəziyyət daha da pisləşib.

Gununsesi.info