Gənc oğlan arı sancmasından öldü

  • By admin
  • 09 İyul 2022 20:56

Ağstafada gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info xəbər verir ki, Aşağı Göycəli kənd sakini, 1998-ci il təvəllüdlü İlqar Qəhrəmanov arı sancma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, İ.Qəhramanov xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, İ. Qəhramanovu qonaq getdiyi evdə arı sancıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info