Şri-Lankada yeni Prezident seçildi

  • By admin
  • 20 İyul 2022 11:44

Şri-Lanka parlamentində prezident seçkiləri keçirilib.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, parlamentin deputatları Ranil Vikramasinqxeni prezident seçiblər.

Qeyd edək ki, Nümayəndələr Palatasında bu gün səhər saatlarında başlayan gizli səsvermədə parlament üzvləri keçən həftə Qotabay Racapaksanın istefası nəticəsində boş qalan vəzifəni doldurmaq üçün növbəti prezidentin seçilməsi üçün səs veriblər.

73 yaşlı siyasətçi seçkidə Şri-Lankalı dissident Poducana Peramuna, keçmiş nazir Dullas Alahapperuma və deputat Anura Kumara Dissanayake ilə mübarizə aparıb.

Gununsesi.info