Sumqayıtda intihar məqsədilə özünü dənizə atdı

  • By admin
  • 11 İyun 2022 20:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Sumqayıt dənizkənarı bulvarında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya  bildiriblər ki, hadisə yerinə dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb ediliblər.

Çevik müdaxilə nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info