Şvartsenegger velosipedçini vurub

  • By admin
  • 07 Fevral 2023 10:58

Amerikalı aktyor Arnold Şvartsenegger yol qəzasının iştirakçısı olub.

Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.

Hadisə Şvartsenegger Jeep avtomobilini idarə edərkən baş verib. İlkin məlumata görə, velosiped sürən qadın aktyorun avtomobilinin qarşısındakı zolağa kəskin şəkildə sürüb. O, əyləci basıb, lakin avtomobil dayanmayıb və velosipedçini yerə yıxıb.

Xatırladaq ki, bir il əvvəl sənətçi Los-Ancelesdə də qəzaya uğramışdı. 21 yanvar 2022-ci ildə Kaliforniyanın keçmiş qubernatoru özünün Yukon avtomobili ilə minik avtomobilinə çırpılmışdı. Hadisə nəticəsində avtomobili idarə edən qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir.

Tərcümə:
Adil Elxanoğlu