Təhsil kreditləri kimlərə və hansı şərtlərlə veriləcək? – RƏSMİ (YENİLƏNDİ)

  • By admin
  • 25 Noyabr 2021 12:59

Tələbə təhsil kreditləri əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək.

Gununsesi.info xəbər verir ki, bunu təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir mavininin sözlərinə görə, təhsil tələbə kreditləri semestr üzrə veriləcək, hər semestr üzrə müraciət olmalıdır. Akademik borcu olanlar bundan yararlana bilməyəcək: “Kredit yalnız Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək. Kreditin iki növü var. Bunlar standart və sosialdır”, – İ.İsayev əlavə edib.

Sosial kreditlər sosial həssas qruplara veriləcək:

Ünvanlı sosial yardım alan, 3-cü qrup əlillik təyinatı olan, valideynləri ilə münasibətdə aşağıdakı şərtlərlə

Valideynləri işsiz olanlar,
1 və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar,
yaşa görə əmək pensiyası alanlar,
yaşa görə sosial müavinət alanlar

Bakalavriat üçün 300-700, magistratura üçün 50-100, subbakalavr üçün 110-300 bal aralığında olan şəxslər bundan yararlana biləcəklər.

Nazir müavini Təhsil tələbə kreditlərinin faizlərini də açıqlayıb.

Onun sözlərinə görə, faizləri Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Təhsil Nazirliyi və Nazirlər Kabineti ilə razılaşdırılaraq müəyyən edib.

Sosial kreditlər 2 faizlə, standart kreditlər isə 6 faizlə veriləcək.

Brifinqdə həmçinin təhsil tələbə kreditlərinin (TTK) geri qaytarılması zamanı verilən möhlətin şərtləri də açıqlanıb.

İ.İsayevin sözlərinə görə, TTK dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:

– Yuxarı təhsil səviyyəsində əyani təhsil

– həqiqi hərbi xidmət,

– məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),

– işləyən borcalanın münasibətdə hamiləliyə doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti

Nazir müavini bildirib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.

Qeyd edilib ki, Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır. Bunun 98 430 nəfəri bakalavriat, 12051-i magistratura, 35892-si subbakalavriat üzrə təhsil alanlardır.

Nazir müavininin sözlərinə görə, bunlardan 20200 nəfəri dövlət hesabına təhsil alır: “Onalrın 17500-ü bakalavriat, 1200-ü magistratura, 1500-ü subbakalavrdır. Təhsil haqqı ödəyənlər 126173 nəfərdir. Onlardan 80930-u bakalavr, 10851-i magistr, 34392 nəfəri subbakalavrdır. Onlar arasında TTK almaq hüququ olanlar 56208 nəfərdir. Onların isə 40465 nəfəri bakalavr, 5426 magistr, 10317 subbakalavrdır”.

Gununsesi.info