Tahir Kərimli şikayətləndi: “Bakıda ağcaqanad əlindən dayanmaq olmur”

  • By admin
  • 31 May 2023 13:26

Bakıda ağcaqanad əlindən dayanmaq olmur. O qədər çoxdur ki, gün batanda da insanlara imkan vermirlər.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib.

“Ona görə də ölkədə sanitariya işlərinə diqqət yetirmək lazımdır ki, ciddi sağlamlıq problemləri yaranmasın. Digər tərəfdən regionlarda quduz itlərlə bağlı problem var. Uşaqlar məktəbə gedə bilmir, camaat hərəkət edə bilmir. Bilmirəm, biz bu itləri Koreyaya, Çinə sataq, yoxsa nə edək, problemi həll etməliyik”, – deputat şikayətlərini çatdırıb.

Gununsesi.info