Talış kəndində 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırıldı - FOTOLAR

  • By admin
  • 20 Mart 2023 20:57

Tərtərin Talış kəndinə qayıdan ailələr 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırıb.

Gununsesi.info xəbər verir ki, öz ata-baba yurduna qayıdan kənd sakinləri bayramı coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndindən sonra Novruz bayramı ərəfəsində – martın 16-da Tərtər rayonunun Talış kəndinə də məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib.

İlkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.