Tatarıstanın hava limanları bağlanıb

“Kazan və Nijnekamsk hava limanları pilotsuz təyyarənin hücumu ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək üçün fəaliyyətini müvəqqəti olaraq dayandırıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.

Bildirilir ki, oxşar məhdudiyyətlər Nijnekamsk hava limanında da tətbiq edilib. Uçuşların təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları, dispetçerlər və hava limanının xidmətləri bütün lazımi tədbirləri görür.

Mayın 15-də bölgədəki hava limanları da oxşar məhdudiyyətlər tətbiq edib. Rusiya Müdafiə Nazirliyi Tatarıstan səmasında təyyarə tipli pilotsuz təyyarənin vurulduğunu bildirib.

Qeyd edək ki, mayın 15-də səhər saatlarında dronların hücumuna məruz qalan təkcə Tatarıstan olmayıb.

Eyni zamanda Rostov vilayətinin Proletarski rayonundakı yanacaq anbarına da pilotsuz təyyarə zərbəsi endirilib.

 

 

Gununsesi.info