TBMM sədri: “Ermənistan artıq qlobal bir problemdir”

  • By admin
  • 11 Oktyabr 2020 19:13

“Ermənistan Moskvada alınan atəşkəs qərarına baxmayaraq, dinc əhalini hədəf alan hücumları davam etdirir”.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop sosial şəbəkə hesabında qeyd edib.

TBMM sədri Ermənistanın humanitar atəşkəsi pozaraq, Gəncə şəhərinə zərbələr endirməsinə belə münasibət bildirib:

“Ermənistanın hücumları birbaşa olaraq dinc əhalini hədəfə aldığı üçün müharibə cinayətidir, mühakimə edilməlidir. Ermənistan artıq qlobal bir problemdir”.

Gununsesi.info