“Telegram”ın işində nasazlıq yaranıb

  • By admin
  • 27 Dekabr 2021 22:22

“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

İstifadəçilərin 43%-i proqramdakı, 19%-i serverə qoşulma, digər 38%-i mesajların göndərilməsi ilə bağlı problemlərdən şikayətləniblər.

Nasazlıq haqqında şikayətlər daha çox Rusiya, Ukrayna, Polşa, Niderland və digər ölkələrdən olan istifadəçilərdən gəlir.

Gununsesi.info