Tovuzda ağır qəza: ölü və yaralılar var

  • Müəllif: Firuzə
  • 27 İyun 2026 21:18

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya aparılarkən, onlardan biri yolda dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info