Tovuzda ölümlə nəticələnən yol qəzası baş verdi - FOTO

  • Müəllif: Günel
  • 22 Avqust 2025 08:17

Tovuz rayonunda 57 yaşlı kişinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, yolu keçmək istəyən İbrahimhacılı kənd sakini 1968-ci il təvəllüdlü Məhərrəm Abbasovu maşın vurub. Rayon sakini aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.(Teleqraf)