ABŞ Prezidenti Tramp bütün etirazlara baxmayaraq, Vaşinqtonda “təhlükəsizliyi təmin etmək”, “cinayətkarlıq səviyyəsini azaltmaq” və “şəhəri evsizlərdən təmizləmək” üçün fövqəladə vəziyyət elan etdikdən sonra Milli Qvardiya müdaxilə etməyə başlayıb. İlk saatlarda onlarla insan saxlanılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Trampın bəyanatından sonra 800 Milli Qvardiyanın bəziləri əvvəlcə Vaşinqtonda vəzifələrinə başlayıblar.
Mühafizəçilər Vaşinqtonda polisə nəzarəti ələ keçirərək, ümumşəhər miqyasında ilkin basqılarda 20-dən çox həbs edib.
Saxlanılanlar arasında “qətl”, “narkotik”, “ictimai nəqliyyatda bilet qaçaqmalçılığı” və “ədəbsiz davranış” kimi ittihamlar var.
ABŞ prezidenti Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Vaşinqtonda təhlükəsizliyi təmin etmək, cinayət nisbətlərini azaltmaq və şəhəri evsizlərdən təmizləmək üçün bir sıra yeni tədbirlər gördüklərini açıqlayıb.
Tramp Vaşinqtonda cinayət nisbətlərinin dünyanın bir çox paytaxtlarından qat-qat yüksək olduğunu göstərən rəsmi məlumatlara istinad edərək, bunun qəbuledilməz olduğunu vurğuladı və “ictimai təhlükəsizlik üçün fövqəladə vəziyyət” elan etdi.
“Bu gün Vaşinqtonun qurtuluş günüdür, paytaxtımızı geri alırıq” deyən prezident, Nyu York və Çikaqo başda olmaqla bəzi digər şəhərlərdə də təhlükəsizlik tədbirləri görməyə hazırlaşdıqlarını əlavə edib.
Tramp bu məqsədlə Vaşinqton Muxtariyyət Qanununun 740-cı maddəsinə müraciət etdiyini və bu qanun əsasında güclü tədbirlər gördüklərini ifadə edərək, Vaşinqton Polis Departamentini “birbaşa federal nəzarət” altına alacaqlarını əlavə edib.
Bu arada Vaşinqtonun Demokratik Bələdiyyə Başçısı Muriel Bouzer və polis rəsmiləri paytaxtda cinayət nisbətlərinin 2024-cü ildə əvvəlki illə müqayisədə 26 faiz azaldığını və Trampın cinayət nisbətləri ilə bağlı iddialarının əsassız olduğunu iddia ediblər.
Trump, mətbuat konfransında DC səlahiyyətliləri tərəfindən irəli sürülən cinayət nisbəti statistikasının “saxta” olduğunu iddia etdi.
Orxan











