
ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) sanksiya tətbiq etmək qərarına gəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verib.
Tramp məhkəmənin qeyri-qanuni olaraq ABŞ və müttəfiqlərini hədəf aldığını iddia edib.
ABŞ prezidenti İsrailin baş naziri Benyamin Netanyahunun hərbi cinayətlər törətdiyinə görə həbs qərarı qəbul etmədiklərini bildirib və aşağıdakı ifadələrdən istifadə edib:
“ICC qanuni əsas olmadan ABŞ və bəzi müttəfiqlərinin, o cümlədən İsrailin şəxsi heyətinin yurisdiksiyasını bəyan edib və bununla bağlı əsassız araşdırmalar açdı. İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant, heç bir ölkə Roma Statutunun tərəfi və ya BCM-nin üzvü olmadığı üçün BCM-nin ABŞ və ya İsrail üzərində yurisdiksiyasına malik deyil.”
Sanksiya fərmanı Cinayət Məhkəməsi məmurlarına Amerika vizaları almağı və ABŞ-da maliyyə əməliyyatları aparmağı əngəlləyir.
Orxan Saffari