Türk həkimlərdən MÖCÜZƏ: hamilə qadın süni ürək və ağciyərlə...

  • By admin
  • 29 Noyabr 2021 10:20

Türk həkimlər dünya tibb tarixində növbəti möcüzəyə imza atıb.

Gununsesi.info “DHA”ya istinadla xəbər verir ki, COVID-19 xəstəsi olan bir qadın süni ürək və ağciyərlərlə övlad dünyaya gətirib. Hamilə qadın buna türk həkimlərin sayəsində nail olub.

Hamiləliyinin 31-ci həftəsində koronavirusa yoluxan 27 yaşlı Nida Pelit Gəbzə bölgəsində xəstəxanaya qaldırılıb və 40 gün ərzində müalicə alıb.

Bildirilib ki, Türkiyədə ilk dəfə olaraq süni ürək-ağciyər cihazı – ECMO altında olarkən hamilə bir kovid xəstəsi qeysəriyyə əməliyyatı ilə doğuş edib.

Gununsesi.info