Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində bir sıra maraqlı görüntülər ortaya çıxıb.
Gununsesi.info xəbər verir ki, seçkilərə qatılan bəzi vətəndaşlar öz libasları ilə gündəm olublar.
Kral geyimində gəzdiyi üçün “Adananın kralı” kimi tanınan 69 yaşlı Hüseyn Şən səsverməyə də həmin formada gəlib:
“Geyimlərim narıncı-ağdır. Bu rənglər Adananın simvoludur. Bu gün səs verirəm. Belə gəldim. Mənimlə foto və video çəkdirənlər çox sevinir. Onlar sevinəndə mən də sevinirəm”.
Daha bir sakin məşhur Adana kostyumu və təsbehi ilə seçki məntəqəsinə gəlib:
“Bu gün seçki günüdür. Dəyişiklik etmək istədim. Beləcə səs verməyə gəldim. Mənim təsbehim çox diqqət çəkir. Təsbeh mütləqdir. Evdən çıxanda vəsiqəmi unuduram, amma təsbehi unutmuram”.
Muay Thai üzrə türk milli idmançısı Muhammet Bişgin Düzcedə səs verəcəyi məktəbə öz hazırladığı astronavt kostyumu ilə gəlib: